MN-dən xəbərdarlıq: Təşvişə düşməyin!


MN-dən xəbərdarlıq: Təşvişə düşməyin!

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

 

Bu barədəSfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, sözügedən döyüş sursatları iyunun 10-13-də təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək:

 

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".


OXŞAR XƏBƏRLƏR