Əsgərlikdən yeni gəldi, dekan müavini TƏYİN EDİLDİ - FOTO

Əsgərlikdən yeni gəldi, dekan müavini TƏYİN EDİLDİ - FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) mühəndislik fakültəsinə yeni dekan müavini təyin edilib. 

 

Sfera.az xəbər verir ki, Modern.az-ın məlumatına görə BANM-ın yeni dekan müavini Ramil Şükürov hərbi xidmətdən yeni qayıdıb. O bundan əvvəl də bir müddət universitetdə müəllim kimi fəaliyyət göstərib. 

 

R. Şükürov 2013-cü ildə DİM qəbul imtahanından 652 bal toplayaraq BANM-ın Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasında bakalavr təhsili almaq hüququ qazanıb. 

 

2018-ci ildə Ali Məktəbimizi fərqlənmə diplomu ilə bitirib və həmin ildə DİM-in imtahanından 150 üzərindən 140 bal toplayaraq BANM-in Texniki sistemlərdə informatika və idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil almaq imkanı qazanıb. 

 

2 illik magistr təhsilini də fərqlənmə diplomu ilə bitirib. 

 

Karyerasına magistr təhsili müddətində BANM-in Elektron tədris şöbəsində metodist vəzifəsində işə başlayıb. 
Bir müddət sonra İnformasiya Texnologiyaları kafedrasında müəllim olaraq fəaliyyətini uzun müddət davam etdirib. 

 

Daha sonra baş müəllim vəzifəsinə təyin edilib.

 

2019-cu ildə ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edib.
ICPC 2022/2023 - Azərbaycan regional yarışı; 1/4 final mərhələsi üzrə rəhbərlik etdiyi BHOS1 komandası qalib gələrək Gürcüstanda keçirilən yarımfinala vəsiqə qazanıb.

 

2022-ci ildə "TEKNOFEST " layihəsi çərçivəsində keçirilən "Həvəskar Peyk Modelləşdirilməsi" yarışında rəhbərlik etdiyi İstiqlal komandası 1-ci yerə layiq görülüb.

 

Ramil Şükürov BANM-ın doktoranturasında təhsilini davam etdirir, yaxın zamanlarda elmi müdafiəsinə hazırlaşır.
N saylı hərbi hissəsində hərbi xidmətini uğurla başa vuraraq baş əsgər rütbəsi alıb. 

 

Hərbi xidmətdən sonra isə BANM-nin Mühəndislik fakültəsinin dekanlığına dekan müavini təyin olunub.

 

Məqaləyə dair fotomateriallar:

 


OXŞAR XƏBƏRLƏR