Skuterin vurduğu aktrisa danışdı- Video

Skuterin vurduğu aktrisa danışdı- Video

İyunun 5-də Gənc Tamaşaçılat Teatrının aktrisası İradə Rəşidovanı skuter vurub.

 

Sfera.az xəbər verir ki, o, yol keçərkən skuterlə toqquşub.

 

Aktrisa deyir ki, təcili yardım çağırıldıqdan sonra poliklinikaya aparılıb. Daha sonra isə Respublika Neyrocərrahiyə xəstəxanasına yerləşdirilib:

 

“Kəllə sümüyümdə çat var, bir də içərdən damar partlayıb. Nə, necə oldu xatırlamıram. Bir də gördüm ki, yoxam. Onu bilirəm ki, qulağıma iş yoldaşımın səsi gəldi. O da teatra gedirmiş. Görüb ki, camaat yığılıb, yaxına gələndə görüb ki, mənəm”.

 

Xəstəxanadan bildirilib ki, aktrisa tibb müəssisəsinə ağır vəziyyətdə çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

 


OXŞAR XƏBƏRLƏR