Naxçıvanda dönərdən zəhərlənənlərin vəziyyəti açıqlandı

Naxçıvanda dönərdən zəhərlənənlərin vəziyyəti açıqlandı

Bu gün Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili Tibbi Yardım Şöbəsinə 17 nəfər şəxs qida zəhərlənməsi diqanozu ilə daxil olub.

 

Sfera.az xəbər verir ki, bunu Mərkəzin həkim-infeksionisti Nəzmin Allahverdiyeva jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, daxil olarkən pasiyentlərin əksəriyyətinin vəziyyəti orta-ağır, ikisinin isə daha ağır olub:

 

"Digər 9 nəfər azyaşlıdır. Aparılan simptomatik yardımlar və dinamik müşahidə sonrası həmin şəxslər tam klinik sağalma ilə evə buraxılıb. Onlardan üçü ayrı ailə üzvləri, 5 nəfər bir, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olublar. Bizə müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq, zəhərlənmə halının çox olduğu ehtimal edilir".

 


OXŞAR XƏBƏRLƏR