Bu həftə hər kəs "Çiyələk Ay"ı izləyəcək

Bu həftə hər kəs "Çiyələk Ay"ı izləyəcək

Yer sakinləri bir neçə gündən sonra - iyunun 11-də nadir astronomik hadisə sayılan "Çiyələk Ay"ı müşahidə edəcəklər.

 

Sfera.az-ın xəbərinə görə, "Çiyələk Ay” yayın ilk tam görünən Ayına və yay gündönümünə qədərki sonuncu tam Aya verilən addır. Bu il xüsusilə möhtəşəm olacaq: Yerin təbii peyki üfüqdən mümkün qədər aşağıda olacaq və bu, həqiqətən təsiredici vizual effekt yaradacaq.

 

Yer atmosferinin yaratdığı optik illüziya sayəsində Ay adi ölçüsündən 20 % daha böyük görünəcək. Bundan əlavə, işığın atmosferin sıx təbəqələrindən keçməsi səbəbindən isti qırmızımtıl rəngdə olacaq.

 

Bu, Şimal yarımkürəsində son illərdə "ən aşağı" tam Ay olacaq; qeyri-adi astronomik hadisə 2043-cü ilə qədər təkrarlanmayacaq.


OXŞAR XƏBƏRLƏR