Bu gün axşam Bakıda konsert var - giriş pulsuzdur

Cəmiyyət
20:19 / 08.06.2025
10836
Azərbaycanın minifutbol millisinin Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə bu gün konsert proqramı təşkil ediləcək.
Sfera.az xəbər verir ki, "Champions Fest" (Çempionlar şənliyi) adlanan tədbir saat 20:30-da Qoşa Qala qapısı və "Azərbaycan" kinoteatrının yaxınlığında başlayacaq.
Tanınmış müğənnilərin iştirak edəcəyi konsert proqramına giriş pulsuzdur
Xatırladaq ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstanı məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında gerçəkləşmiş görüş yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.