Xoşqədəm Hidayətqızına ağır İTKİ

Cəmiyyət
10:57 / 07.06.2025
2088
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızına növbəti ağır itki üz verib.
Sfera.az Manset.az-a istinadən xəbər verir ki, “Səni axtarıram” layihəsinin rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızının atası Hidayət Baxşəliyev bu gün səhər saatlarında vəfat edib.
X.Baxşəliyevanın bir neçə həftə əvvəl anası Ofeliya xanım da dünyasını dəyişmişdi.
Qeyd edək ki, Hidayət Baxşəliyev 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.