Əxlaqsızlığa görə cərimə artırılır - Azərbaycanda
Kateqoriya məlum deyil
Azərbaycanda əxlaqsızlıqla məşğul olanlara tətbiq edilən cərimənin miqdarının artırılması planlaşdırılır.
Sfera.az interfaks.az-a istinadən xəbər verir ki, ölkə prezidenti tərəfindən Milli Məclisə təqdim edilmiş yeni İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsində əxlaqsızlıqla məşğul olan şəxslərin 100 manat məbləğində cərimələnməsi nəzərdə tutulur.
Qüvvədə olan İnzibati Xətalar Məcəlləsində bu əmələ görə cərimənin miqdarı 35-40 manat təşkil edir.






