“Biz günahkar deyilik” - Həmin qadınlar hökmə etiraz edir

“Biz günahkar deyilik” - Həmin qadınlar hökmə etiraz edir

Talassemiyalı uşaqların müalicəsinə ayrılmış pulları ələ keçirməkdə təqsirli bilinən qadınlar hökmdən narazıdırlar.

 

Sfera.az-ın məlumatına görə, onların hər üçü - Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədova apellyasiya şikayəti veriblər.

 

Bakı Ağır Cinayərlər Məhkəməsinin hökmü ilə N.Seyidova 8 il 6 ay, A.Bayramova 7 il 6 ay, A.Məmmədova 6 il 6 ay azadlıqdan məhrum edilib. Araşdırma dövründə tanınmış həkimlər də şahid qismində ifadə veriblər.

 

A.Bayramova və A.Məmmədova ümumiyyətlə özlərini təqsirli bilmirlər. Onlar hesab edirlər ki, verilmiş ittihamlara münasibətdə günahkar deyillər, amma birinci instansiya məhkəməsində işlərinə düzgün baxılmayıb. Hər ikisi bəraət istəyir. N.Seyidova isə digərlərindən fərqli olaraq, bəzi ittihamlarla razıdır. Amma ona təyin edilmiş 8 il 6 ay həbs cəzasını ağır hesab edir. O, yuxarı instansiyadan cəzasının yüngülləşdirilməsini istəyir.

 

Bütün şikayətlər Bakı Apellyasiya Məhkəməsinə daxil olub. Yaxında yeni məhkəmə başlayacaq.

 

Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova ilə A.Məmmədova isə onun işçiləri olub. Onlar talassemiyalı uşaqların əməliyyat xərclərinin qarşılanması məqsədilə ianə toplamaq öhdəliyi götürüblər, lakin toplanan vəsaitlərin çoxunu mənimsəyiblər.

 

İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.  (Qafqaznifo)


OXŞAR XƏBƏRLƏR

Maskın “dəliliyi” narkotik istifadəsi ilə bağlı ola bilər - Tramp

ABŞ Prezidenti Donald Tramp amerikalı iş adamı İlon Maskın narkotikin təsiri altında olarkən onunla münaqişəyə girmək qərarına gəldiyini iddia edib.   ...

Ata həbs olunursa, aliment borcu silinir? – İZAH

Xəbər verdiyimiz kimi, Bakıda 39 min manata yaxın aliment borcu olan şəxs həbs edilib. Məhkəmənin qərarı ilə 37 yaşlı Salyan sakini boşandıqdan sonra keçmiş həy...

Avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı yenilik – RƏSMİ

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəy...

Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ail...

Maskın yaratmaq istədiyi partiyanın adı açıqlanıb

Amerikalı sahibkar İlon Maskın “X” hesabında yaratmaq istədiyi siyasi partiyaya ad seçimi üçün keçirdiyi sorğuda “Amerika” adına üstünlü...

Sumqayıtda avtoqəza olub, azyaşlı ölüb - FOTO

Sumqayıtda ölümlə nəticələnən avtoqəza olub.   Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qə...