Azərbaycanda Qurban bayramı qeyd olunur


Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur.

 

Sfera.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.

 

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının builki fətvasında deyilir ki, adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı ən azı bir il, öküz və inək iki il, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

 

Şamaxı Astrofizika Rəsədxanasının 31/71 saylı 14 may 2025-ci il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na - Miladi təqvimlə 6 iyun tarixinə təsadüf edir. Şəriətə uyğun olaraq Qurban kəsimi 6 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər.

 

İyun ayının 6-da məscidlərdə bayram namazları qılınacaq.

 

Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq. Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün Qurban bayramında ardıcıl 4 gün - 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.


OXŞAR XƏBƏRLƏR

Millimiz Qazaxıstana qalib gəldi

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.   Sfera.az xəbər veri...

"Bayramda bunları kəsməsəniz, nə xeyri?"

Aktyor Kamran Ağabalayev Qurban bayramı ilə bağlı maraqlı paylaşım edib.   Sfera.az xəbər verir ki, o, sosial şəbəkədə izləyicilərinə üz tu...

Hackerlər “ChatGPT” ilə ABŞ siyasətinə müdaxilə edir – AÇIQLAMA

“OpenAI”, Çinlə əlaqəli haker qruplarının “ChatGPT”ni ABŞ siyasətinə təsir göstərmək məqsədilə istifadə etdiyini bildirib. Sfera.az...

Pablo Eskobarın pilotu ilk dəfə danışdı: “Əvvəlcə təklifi rədd etmişdim”

Kolumbiyalı narkobaron Pablo Escobarın keçmiş pilotu Tirso “TJ” Dominguez, 1988-ci ildə ABŞ-də həbs olunmasından sonra ilk dəfə danışaraq Escobar üç...

Köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 2 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə...

Türkiyə və Azərbaycanla əlaqələr daha da möhkəmlənir - Kobaxidze

Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli formatda inkişaf edir və daha da güclənir. Keçən il bu sıra çox mühüm işlər görülüb, bir yüksək səviyyəli va...