Xocalının bu kəndlərinə də köç başlayır

Cəmiyyət
17:27 / 05.06.2025
3127
Xocalı rayonuna növbəti köç olacaq.
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, köç Xocalının Xanyurdu və Təzəbinə kəndlərinə nəzərdə tutulub.
Yaxın günlərdə püşkatma əsasında evlərin bölgüsü ilə bağlı məlumat veriləcək.
Qeyd edək ki, indiyə kimi Xocalı ərazisində Xocalı şəhəri və Ballıca kəndinə köç baş tutub. Ümumilikdə Ballıca kəndinə 180 ailə (840 nəfər), Xocalı şəhərinə isə 86 ailə (346 nəfər) köçürülüb.