Bu qanuna dəyişiklik edildi

Cəmiyyət
15:39 / 05.06.2025
3563
Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək.
Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Nazirlər Kabineti daşınmaz abidələrin pasportlaşdırılması qaydalarını və pasportun nümunəvi formasını iki ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verəcək.