Həkimlərə verilən əlavələr dayandırıldı


Həkimlərə verilən əlavələr dayandırıldı

"Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan publik hüquqi şəxslərin işçilərinə stimullaşdırıcı əlavənin ödənilməsi haqqında" qərar ləğv olunub.

 

Sfera.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov qərar imzalayıb.

 

Ləğv olunan 151 nömrəli qərar 2019-cu ilin oktyabrın 16-da muxtar respublikanın o zamankı Baş naziri Əlövsət Baxşıyev tərəfindən imzalanıb.

 

Qeyd edək ki, həmin stimullaşdırıcı əlavələr həkimləri həvəsləndirmək məqsədi daşıyıb. İcbari tibbi sığortanın tətbiqindən sonra isə yeni yanaşmaya zərurət yaranıb. Belə ki, 2023-cü ildən etibarən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində tibbi sığorta əsasında fəaliyyət göstərən, tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası təsdiq olunub.

 

Həkimlərin vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərindən asılı olaraq həkimlərə həvəsləndirici əlavələr, sabit aylıq həvəsləndirici əlavələr və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində ayrı-ayrı hesablanır. Beləliklə, səhiyyə işçilərinin, xüsusilə həkimlərin əməkhaqqıları bir neçə mənbədən formalaşdırılır. Həkimlərə verilən işin nəticəsinə görə həvəsləndirici əlavələr göstərilən tibbi xidmətin tarifinə görə dəyişir. Tibbi xidmətlərin tarifləri Xidmətlər Zərfi ilə tənzimlənir. Bundan əlavə, həkim cərrahi fəaliyyətlə məşğul olduğu halda icra edilən əməliyyat və tibbi prosedurlara görə də Xidmətlər Zərfindəki tariflərə uyğun olaraq əlavələr alır. O vaxtdan yeni qaydalara əsasən tarif cədvəlinə və veriləcək əlavələrə görə həkimlər üçün ən aşağı əməkhaqqı 1200 manat məbləğində təyin olunub.


OXŞAR XƏBƏRLƏR

Sürücülərin nəzərinə!

Sabah hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologi...

Tovuzda DƏHŞƏT: Oğul anasını balta ilə öldürdü, bacısını yaralayıb evi yandırdı

Tovuzda 31 yaşlı Kainat Namazov 25 yaşlı bacısı A. Namazova və anası Sevinc Həsənovaya balta ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.   Sfera...

Azərbaycan XİN İsveçi Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçi Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, XİN bununla bağlı "X" sosial...

“Google Chrome” istifadəçiləri təhlükə altındadır: Təcili yeniləyin

“Google”, hakerlər tərəfindən aktiv şəkildə istifadə edilən “yüksək önəmli” bir təhlükəsizlik proqramını (CVE-2025-5419) aradan qaldırma...

300 bal toplayan 9-cuların FOTOLARI

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələrini elan ed...

“Rusiyaya hərbi dəstəyi dayandırın”: ABŞ-dən Şimali Koreyaya çağırış

ABŞ Dövlət Departamenti, Şimali Koreyanın Rusiyaya verdiyi hərbi dəstəyə və Moskvadan bu yardımlara qarşılıq olaraq göstərilən dəstəyə son qoyulması çağırışını ...