Naxçıvanda qazın verilişində fasilə yaranacaq

Cəmiyyət
22:31 / 04.06.2025
6608
Naxçıvan şəhərinin əksər ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Sfera.az xəbər verir ki, qaz quyularında mövcud olan kranların yenisi ilə dəyişdirilməsi ilə əlaqədar Naxçıvan şəhər Əziz Əliyev küçəsi, Cahan Gənclər şəhərciyi, Xətai məhəlləsi, 11, 20, 21-ci məhəllələr, Qoçüstü, Çənlibel məhəllələri, 57 Bazar, Sabir küçəsinin bir hissəsi, Nazim Hikmət küçəsi, Su 6 qəsəbəsi, 48, 49-cu məhəllələr və Cahan Gənclər şəhərciyində iyunun 5-də saat 14:00-dan saat 17:00-dək qaz təchizatı müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.