1-ci siniflərə məktəb və müəllim seçiminə start verilir – BU TARİXDƏN

Cəmiyyət
16:47 / 04.06.2025
4045
Sabah - 5 iyun saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə 1-ci siniflərə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir.
Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, proses www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə, agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.