Azadə Hüseynova “İçərişəhər” Muzey Mərkəzinin direktoru TƏYİN EDİLDİ

Cəmiyyət
16:20 / 04.06.2025
4185
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinə direktor təyin edilib.
Sfera.az “qafqazinfo.az”a istinadən xəbər verir ki, bu vəzifəyə Muzey işi sahəsinin mütəxəssisi və eksperti Azadə Hüseynova təyin olunub.
Qeyd edək ki, A. Hüseynova fəaliyyətinə 1988-ci ildə Azərbaycan Xalça Muzeyində başlayıb, 1994-2005-ci illərdə İstiqlal Muzeyinin direktoru vəzifəsində çalışıb.
2005-ci ildən etibarən Mədəniyyət Nazirliyində uzun illər Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri olub.
O, 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif edilib.