“Azercell”dən narazılıqla bağlı AÇIQLAMA

“Azercell”dən narazılıqla bağlı AÇIQLAMA

Bildiririk ki, 19 iyun 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt nömrələrində danışıq kartlarının istifadəsi ilə bağlı yeni yanaşma tətbiq ediləcək.

 

Sfera.az bildirir ki, "Azercell" son günlərdə abunəçilər arasında yaranmış narazılıqla bağlı məsələyə aydınlıq gətirib.

 

Bildirilib ki bu dəyişiklik çərçivəsində, balansın mütəmadi şəkildə artırılması zərurəti aradan qaldırılır. Belə ki, balansda yetərli vəsait olduğu halda tarif paketinin aylıq abunə haqqı balansdan avtomatik çıxılacaq və nömrə 30 gün müddətində ikitərəfli, bu müddətdən sonra isə 90 gün ərzində birtərəfli (yəni müştəri ona gələn zəng və SMS-ləri qəbul edə bilir) olaraq açıq qalmağa davam edəcək.

 

Yeni yanaşmanın üstünlüyü ondan ibarətdir ki, tarifin istifadə müddəti ərzində abunəçi xəttini ikitərəfli açıq saxlamaqla yanaşı, tarifinin dəqiqə və internetindən tam yararlana biləcək. Məsələn, 2 AZN-lik istənilən tarif paketində abunəçiyə ödəniş müqabilində 25 dəqiqə şəbəkədaxili danışıq və 250 MB internet təqdim olunur. Müqayisə üçün qeyd edək ki, dəyişiklikdən öncə bu tariflərdən istifadə edən abunəçinin nömrəsinin 30 gün aktiv qalması üçün minimal 5 AZN, daha uzun müddət üçün isə 10 AZN (60 gün üçün) və 25 AZN (90 gün üçün) yükləməsi tələb olunurdu.

 

Elanda qeyd olunduğu kimi, 01 iyul 2025-ci il tarixindən etibarən bütün nominallara (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) dair yeni istifadə müddətləri müəyyənləşdirilib. Lakin əvvəlki qaydalarda da olduğu kimi kartın istifadə müddəti bitdikdən sonra belə, abunəçinin nömrəsi 90 gün ərzində birtərəfli olaraq açıq qalır (yəni müştəri gələn zəng və SMS-ləri qəbul edə bilir).

 

Bundan başqa, Fakturasız (SimSim) xətt nömrələrinə aid bəzi tariflərə yeni qoşulmalar dayandırılır. Belə ki, abunəçilər üçün daha əlverişli olan alternativ tarif paketlərini (məs. “Supersən”) nəzərə alaraq, aktuallığını itirməkdə olan “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə6”, “GəncOl həftəlik”, “GəncOl 6” və “GəncOl 9” tarif paketlərinə 01.07.2025 tarixindən yeni qoşulmalar dayandırılır. Onu da qeyd edək ki, dəyişiklik hazırda bu tariflərdən istifadə edən cari müştərilərə şamil olunmur. 01.07.2025 tarixinə kimi abunəçilər özləri bu paketlərdən imtina edib başqa tarifə keçid etməsələr, yuxarıda sözügedən tarif paketlərindən istifadəyə davam edə biləcəklər.

 

Nəticə olaraq bildiririk ki, müvafiq dəyişiklik Abunə Müqaviləsinin şərtlərinə və həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğundur. Abunə Müqaviləsinin 2.7.-ci maddəsinə əsasən, Tariflər "Azercell" tərəfindən birtərəfli qaydada, Abunəçini ən azı 30 (otuz) təqvim günü əvvəl, müvafiq hallarda xidmətlərin xüsusiyyətləri, müəyyən müddətləri, bayram və əhəmiyyətli tarixləri, o cümlədən, müəyyən qrup və ya müxtəlif kateqoriya abunəçiləri əhatə edən kampaniya, aksiya və sair tədbirlər ilə əlaqədar isə ən azı 10 (on) təqvim günü əvvəl, abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman isə öz mülahizəsinə əsasən dərhal və ya istənilən an kütləvi informasiya vasitələri ilə bu Müqavilədə müəyyən edilmiş qaydada, xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq, sərbəst şəkildə dəyişdirilə bilər. (APA)


OXŞAR XƏBƏRLƏR

Saleh Məmmədov direktoru vəzifəsindən AZAD ETDİ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İmişli 6 saylı "Magistral Yolların İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru ...

Prokuror Oleq Bakinskiyə həbs cəzası tələb etdi

Oleq Krapivin (Oleq Bakinski) və onunla birgə mühakimə olunan Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az-...

Rəqsanəni "pul yağışı"na tutdular - VİDEO

Müğənni Rəqsanə İsmayılovanın məclisdə çəkilən görüntüsü diqqət çəkib.   Sfera.az xəbər verir ki, Gürcüstan toyunda iştirak edən müğənni sə...

Sevgisiz böyüyən uşaqlar DAHİ olur - ARAŞDIRMA

İntuisiya ilə düşünəndə, uşağın intellektual və yaradıcılıq inkişafı üçün ən yaxşı şəraitin sabit və qayğıkeş ailədə yarandığı qənaətinə gəlmək olar.   ...

Aparıcıya canlı yayımda xərçəng diaqnozu qoyuldu

ABŞ-də bir dermatoloqla canlı yayım həyata keçirən teleaparıcıya dəri xərçəngi diaqnozu qoyulub.   Sfera.az xəbər verir ki, bu barədə "Dail...

"Kapital Bank" liderləri beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər

Əməkdaşların peşəkar və şəxsi inkişafını prioritet hesab edən Kapital Bank bu yanaşmanın davamı olaraq 2024-cü ilin sentyabr ayında bank liderlərinin inkişafına...