Çaylarda suyun səviyyəsi artdı

Çaylarda suyun səviyyəsi artdı

Bu gün çaylarda sululuq artıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 6 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay və Gəncəçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 sm artım, Kür çayının aşağı axınında Kür-Yevlaxda 6 sm, Araz çayının yuxarı axınında isə 16 sm qeydə alınıb


OXŞAR XƏBƏRLƏR