Nazir Rahim Hüseynova yüksək vəzifə verdi

Cəmiyyət
19:20 / 02.06.2025
4054
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr müavini təyin olunub.
Sfera.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Rahim Mahir oğlu Hüseynov Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib.
O, hazırkı vəzifəsinə qədər Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin müdiri vəzifəsində çalışıb.