Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

Cəmiyyət
18:40 / 02.06.2025
4018
Azərbaycanın Baş naziri Əli Əsədov Pakistanın neft naziri Əli Pervaiz Maliklə görüşüb.
Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub.
“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərin beynəlxalq enerji əməkdaşlığının təşviqi baxımından əhəmiyyəti qeyd edilib.
Görüş zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olundu, perspektivli neft-qaz layihələri nəzərdən keçirilib.