Bulvarda təntənəli tədbir keçirildi


Bulvarda təntənəli tədbir keçirildi

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkdakı "Dinamo" meydançasında uşaqların bayramı ilə bağlı təntənəli tədbir keçirilib.

 

Sfera.az xəbər verir ki, “Mədəniyyət səninlə tanınır!” şüarı ilə gerçəkləşən festivalda tanınmış müğənni və aşıqların, eləcə də 2023-cü ildə təşkil olunmuş ilk Uşaq İncəsənət Festivalı qaliblərinin rəngarəng çıxışları bütün iştirakçılara, xüsusilə də, bu əlamətdar günün səbəbkarlarına unudulmaz anlar yaşadıb.

 

Faiq Ağayev, Gülyaz Məmmədova, Ramil Qasımov, Manana, İlhamə Qasımova, Şəhriyar İmanov, Azad Şabanov, Samirə Əfəndi, Aşıq Samirə kimi incəsənət ustaları ifaları ilə uşaqların könlünü oxşayıblar.

 

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı, Dağlıq Şirvan, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şərqi Zəngəzur, Mərkəzi Aran, Şirvan-Salyan, Mil-Muğan, Lənkəran-Astara, Qarabağ bölgələri də xüsusi stendləri ilə festivala öz töhfələrini veriblər.

 

Festival ərazisində qurulmuş xüsusi interaktiv zonalar, zəka və əyləncə guşələri, yaradıcı emalatxanalar və əl işlərinin təqdimat stendləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

 

Gün boyunca davam edən musiqi, rəqs, səhnəciklər və təsviri sənət nümunələri uşaq dünyasının rənglərini əsl sənət tablosuna çevirib.


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə 1600 manat verilir

Cari ilin 5 ayı ərzində respublika üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2187 şəxsə birdəfəlik müavin...

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

Bir sıra ölkələr, az əhali yaşayan kənd və kiçik şəhərlərin canlandırılması məqsədilə xaricdən köç edənlərə müxtəlif maliyyə təşviqləri və sosial dəstəklər təqd...

Həcc namizədlərinin Ərəfat dağı səfəri başladı

Dünyanın müxtəlif ölkələrindən müqəddəs torpaqlara axışan 1,7 milyon həcc namizədi Məkkədə ibadətlərlə Ərəfat dağı səfərinə hazırlaşır.    Sfera...

Ötən ay sərhəddə 3,7 milyon qaçaqmal tutulub

May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tə...

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...