Yerdə güclü maqnit qasırğası qeydə alındı

Cəmiyyət
12:51 / 01.06.2025
5833
Yer kürəsində G4 sinfinə aid maqnit qasırğası müşahidə olunub.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Məlumata görə, Yerin maqnit sahəsinin pozulma dərəcəsi hazırda G3 səviyyəsindən G4-ə yüksəlib.
Bildirilib ki, G4 səviyyəsi səbəbindən Yer kürəsində rabitəyə ciddi müdaxilələrlə yanaşı, radiorabitələrdə ciddi pozuntular, peyk və radiotezlik naviqasiyasında uzunmüddətli fasilələr qeydə alına bilər.