Minaya düşən şəxsin oğlu hadisədən danışdı


Minaya düşən şəxsin oğlu hadisədən danışdı

oranboy rayonunda minaya düşərək xəsarət alan Qalib Abbasovun oğlu Qabil Abbasov atasının hansı şəraitdə minaya düşməsindən danışıb.

 

Sfera.az  xəbər verir ki, Q.Abbasov açıqlamasında hadisənin atasının itmiş mal-qaranın arxasınca gedən zaman baş verdiyini bildirib.

 

"Heyvanımız itmişdi. Atam itən heyvanın arxasınca gedəndə minaya düşüb. Sol ayaq hissəsində mina partlayıb. Səsə yaxınlıqda olan kənd camaatı gəlib və atamı ərazidən çıxarıb xəstəxnaya çatdırıblar. Oradan da Gəncəyə Abbas Səhət Xəstəxanasına gətiriblər. Hər il yaz aylarında həmin ərazilərdə bənzər hadisələr olur. İnsan və ya mal-qara minaya düşür", - deyə Qabil Abbasov qeyd edib.

 

Qeyd edək ki, Qalib Abbasov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə - Goranboy rayonunun Yenikənd kəndində minaya düşüb.(Teleqraf.com)


OXŞAR XƏBƏRLƏR