Azərbaycanlı zəvvarların son qrupu Məkkəyə çatdı

Azərbaycanlı zəvvarların son qrupu Məkkəyə çatdı
Kateqoriya məlum deyil
T

Azərbaycandan Həccə gedən sonuncu zəvvar qrupu Məkkəyə çatıb.

 

Bu barədə Sfera.az-a QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

 

O bildirib ki, sonuncu qrupa 122 zəvvar daxildir.

V.Cahangiri qeyd edib ki, iyunun 4-ə kimi müstəqil Kəbə ziyarəti olacaq.

 

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb.

 

Azərbaycanda 6-7 iyun Qurban Bayramı günləri qeyri-iş günü elan edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR