Bakıda iş icazəsi alanlar arasında Türkiyə vətəndaşları daha çoxdur

Cəmiyyət
17:46 / 31.05.2025
5247
Cari ilin ilk 4 ayı ərzində 83 ölkənin vətəndaşına 19 iqtisadi fəaliyyət növü üzrə iş icazələri verilib.
Bu barədə Sfera.az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidməti məlumat verib.
Qeyd edilib ki, ölkədə iş icazəsi alan əcnəbilər arasında Türkiyə Respublikası vətəndaşları üstünlük təşkil edir. İqtisadi fəaliyyət növləri arasında isə daha çox tikinti, mədənçıxarma və emal sənayesi üzrə iş icazələri verilib.