Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank"dan sosial məsuliyyət nümunəsi

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank"dan sosial məsuliyyət nümunəsi

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbank sosial məsuliyyət və ailə dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirib. Bank tərəfindən gələcəyin təminatçısı olan uşaqların maariflənməsi və sağlam cəmiyyətin qurulması istiqamətində silsilə tədbirlərdən ibarət layihə gerçəkləşdirilib.

 

Bankın təşəbbüsü ilə həyata keçirilən layihənin əsas məqsədi – uşaqların maliyyə savadlılığını artırmaqla yanaşı, onlarda sahibkarlıq ruhunu formalaşdırmaq, paylaşma və sosial məsuliyyət kimi dəyərləri aşılamaq olub. İki mərhələdən ibarət olan bu təşəbbüs, həm öyrədici, həm də mənəvi baxımdan zəngin bir təcrübə yaradıb.


Layihənin ilk mərhələsində Rabitəbankın əməkdaşlarının övladları üçün maliyyə savadlılığı üzrə xüsusi təlim keçirilib. Uşaqlar interaktiv oyunlar, real həyat simulyasiyaları və əyləncəli tapşırıqlar vasitəsilə pulun idarə olunması, qənaət, büdcə planlaması və düzgün xərcləmə kimi həyati vacib bacarıqları öyrəniblər.
İkinci mərhələdə uşaqlar qazandıqları bilikləri təcrübədə tətbiq edərək “Möcüzə Yarmarkası”nda iştirak ediblər. Bankın əməkdaşlarına öz hazırladıqları əl işlərini və məhsulları təqdim edən balacalar, satış bacarıqları, müştəri məmnuniyyəti və təşəbbüskarlıq prinsiplərini praktik şəkildə öyrəniblər. Bu təcrübə, onların azyaşlı sahibkarlar kimi özlərinə olan inamını artırıb.

 

Layihənin ən təsirli məqamlarından biri isə uşaqların və valideynlərinin əldə olunan gəlirin bir hissəsini uşaq sığınacağında yaşayan həmyaşıdları üçün hədiyyələr almağa sərf etməsi olub. Bu jest, layihənin yalnız iqtisadi deyil, eyni zamanda mənəvi və sosial dəyər daşıdığını bir daha göstərib. Uşaqlar paylaşma və sosial məsuliyyət hissini real həyatda tətbiq edərək cəmiyyətə faydalı fərdlərə çevrilmək yolunda ilk addımlarını atıblar.

 

Rabitəbank hər zaman gələcək nəsillərin həm maliyyə biliklərini, həm də mənəvi dəyərlərini eyni zamanda inkişaf etdirmək istiqamətində sadiqliyini qoruyur. Buna görə də bank təhsil təşəbbüslərində uşaqlara maliyyə bacarıqları ilə yanaşı, həm də sosial məsuliyyət hissini aşılayan layihələr həyata keçirir. Bank gələcəkdə də bu istiqamətdə innovativ və təsirli proqramlar icra edərək, cəmiyyətin inkişafına və daha güclü nəsillərin yetişməsinə töhfə verməkdə davam edəcək.


Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 


OXŞAR XƏBƏRLƏR

Araz Musayevin bıçaqlanmasına görə 6 nəfər həbs edildi

Antalyanın Kəmər rayonunda Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayevin (48) bıçaqlanması ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 8 ...

81 yaşlı aktrisa gənc qızlara meydan oxuyur - FOTO

Nebahat Çehre sosial media hesabındakı paylaşımı ilə gündəm olub.   Sfera.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, 81yaşlı aktrisa gümüşü ...

Zidan ərəblərin təklifini qəbul etmədi

Zinəddin Zidan "Əl-Hilal"a rəhbərlik etmək istəməyib.   Sfera.az "Footmercato"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbista...

Bulvarda təntənəli tədbir keçirildi

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkdakı "Dinamo" meydançasında uşaqların bayramı ilə bağlı təntənəli tədbir keçirilib. ...

İyunda fəlakətli uğursuzluqla üzləşəcək BÜRCLƏR

Astroloqlar, proqnozlarına görə, bu ayın çətin keçəcəyi bürcün əlamətlərini müəyyən ediblər.   Sfera.az-ın məlumatına görə, iyun ayı Dolça bürcləri ü...

Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçdu - Xəsarət alan var

Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub, nəticədə bir nəfər məhkum xəsarət alıb. ...