Yuxu ilə bağlı YENİ KƏŞF - BU ŞƏXSLƏRİ GÖRMƏK...

Yuxu ilə bağlı YENİ KƏŞF - BU ŞƏXSLƏRİ GÖRMƏK...

Yuxuda heç tanımadığınız, amma bir o qədər də real görünən insanları görmüsünüzmü? Psixoloqlar və neyroelm mütəxəssisləri bu qeyri-adi fenomenin səbəblərini araşdıraraq maraqlı nəticələrə gəliblər. Beyin, heç fərqində olmadığımız insan simalarını yadda saxlayaraq yuxularımızda “yenidən işə salır”.

 

Sfera.az xəbər verir ki, alimlər bildirirlər ki, insan beyni gündəlik həyatda qarşılaşdığı, metroda, küçədə, televiziya ekranında gördüyü minlərlə simanı şüurlu şəkildə xatırlamasa da, şüuraltı yaddaş bu məlumatları “arxiv” kimi qoruyur. Məhz bu arxiv yuxular zamanı aktivləşərək tanımadığımız, amma reallıqda bir anda rastlaşdığımız insan simalarını ortaya çıxarır.

 

Stanford Universitetində aparılan bir araşdırmada iştirakçılara müxtəlif xarici görünüşə malik yüzlərlə insanın şəkli göstərilib və sonradan onların yuxu məzmunları izlənilib. Nəticədə bəlli olub ki, iştirakçılar yuxularında daha əvvəl qısa müddətlik göstərilən, lakin xatırlamadıqları bu simaları “tanımadıqları insanlar” kimi görüblər.

 

Mütəxəssislər bu fenomenin beyin yaradıcılığı ilə bağlı olmadığını, əksinə, mövcud vizual yaddaşdan istifadə etdiyini deyirlər. Yəni yuxularımızda uydurduğumuzu düşündüyümüz insanlar, əslində, bir vaxtlar real həyatda rastlaşdığımız şəxslər ola bilər.

 

Araşdırmalar həmçinin göstərir ki, yuxuda görünən bu simalar bəzən beyin üçün mesaj daşıyıcısı rolunu oynayır. Şüuraltı, müəyyən duyğuları və düşüncələri həmin tanımadığımız simalar vasitəsilə simvolik formada ifadə edir.

 

Maraqlıdır ki, bu fenomen yalnız vizual yaddaşla məhdudlaşmır. Bəzən yuxularda eşitdiyimiz səslər, danışıq tərzləri və jestlər də real həyatda rast gəlinmiş, amma unudulmuş detallardan ibarət ola bilər.

 

Bu araşdırma bir daha sübut edir ki, insan beyni o qədər mürəkkəb və çoxqatlı işləyir ki, bəzən gördüyümüz ən absurd yuxuların da real həyatla görünməz bağları ola bilər.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Argentinada məşhur diş məcununun satışı qadağan olundu

Argentina hökuməti yerli sakinlərin şikayətləri əsasında "Colgate" diş məcununun istifadəsini, yayılmasını və təşviqini qadağan edib.   Sfe...

Bu hücum baş verərsə, İsraili vuracağıq - Pezeşkian

İsrail İran ərazisinə yenidən hücum edərsə, onun hədəflərinə zərbələr endiriləcək.   Sfera.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşk...

Kürdəmirdə zəhərlənənlərin adları məlum oldu

Kürdəmirdə baş verən kütləvi zəhərlənmə zamanı zəhərlənən şəxslərin adları məlum olub.   Sfera.az xəbər verir ki, bunlar rayonun Cəyli kənd sakinləri...

İsrail və Suriya rəsmiləri yenə Bakıda bir araya gələcək

Suriya böhranı üzrə danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas" ...

Qızıl kəskin bahalaşdı

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın dəyəri 16 iyun 2025-ci il tarixindən etibarən ilk dəfə 1 troya unsiyası üçün 3 450 dolları ötüb. ...

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...