Bu rayonda vətəndaşlara pulsuz evlər veriləcək

Bu rayonda vətəndaşlara pulsuz evlər veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi Ağstafa rayonunda şəhid ailələri və əlilliyi müəyyən edilmiş şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində növbəti addım atır.

 

Sfera.az  “Baku.ws”ə istinadən xəbər verir ki, bu məqsədlə agentlik 3 ədəd ikiotaqlı və 6 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı açıq tender elan edib.

 

Tenderin ümumi dəyəri 844 min 470 manat təşkil edir. Layihənin əsas məqsədi sosial həssas təbəqədən olan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin yüksəldilməsi və dövlət qayğısı ilə əhatə olunmalarını təmin etməkdir.


Sosial Xidmətlər Agentliyindən bildirilib ki, mənzillərin alınması Şərtlər Toplusuna (ŞT) uyğun şəkildə həyata keçiriləcək.
 

Mənzillər əlilliyi olan şəxslərin və şəhid ailələrinin ehtiyacları nəzərə alınmaqla seçiləcək.


OXŞAR XƏBƏRLƏR