Bakı məktəbində QADONDURAN OLAY: 9-cu sinif şagirdi... FACİƏ

Bakı məktəbində QADONDURAN OLAY: 9-cu sinif şagirdi... FACİƏ
Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbin həyətində bıçaqlanma hadisəsi qeydə alınıb.

BiG.AZ-ın məlumatına görə, bu gün səhər saat 8 radələrində, dərs balamamışdan əvvəl 9-cu sinif şagirdi Musayev Nemət Afiyəddin oğlu onunla eyni sinifdə oxuyan Əmənov Elturan Elçin oğluna bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Hadisəni törədən məktəbli isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

Faktı məktəbin direktor müavini Zərifə Yusifova salamnews-a təsdiq edib. O bildirib ki, hər iki məktəbli tərbiyəli şagird kimi xarakterizə olunurlar. Hadisə onlar aralarında yaranmış şəxsi mübahisə zəminində baş verib.

OXŞAR XƏBƏRLƏR