Həbsdə olan üç tiktoker ev dustaqlığına buraxıldı

Həbsdə olan üç tiktoker ev dustaqlığına buraxıldı

Polis tərəfindən saxlanılan tiktokerlər "Vaqa" ləqəbli Vüqar Zeynalzadə, "Tosu" ləqəbli Məhərrəm Həsənov və Emin Abdullayevin ev dustaqlığına buraxılması barədə vəsatətlərə baxılıb.

 

Sfera.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi hər üç şəxs barəsində qərar qəbul edib. Məhkəmə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib.

 

Qeyd edək ki, təqsirləndirilən Vüqar Zeynalzadə və Məhərrəm Həsənov Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma), Emin Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 244-1.2.2-ci (qumar oyunu təşkil etməmaddələri ilə təqsirli bilinirlər.

 

Onların hər üçü barəsində həbs qətimkan tədbiri seçilmişdi.


OXŞAR XƏBƏRLƏR