Restoranlar nə üçün qurbağa əti təklif edir? - AÇIQLAMA

Restoranlar nə üçün qurbağa əti təklif edir? - AÇIQLAMA

"20-ci əsrdə texnologiyanın sürətli inkişafı dünyada qida mədəniyyətində böyük dəyişikliklərə səbəb olub. Ənənəvi mətbəxlər fərdiləşib, yeni dad axtarışları və ekzotik seçimlər gündəmə gəlib. Bu dəyişikliklər qastronomiyada müxtəlif qütblərin yaranmasına səbəb olub".

 

Sfera.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan qastroturizm perspektivləri” mövzusunda keçirilən brifinqdə Azərbaycan Dövlət Turizm Agrentliyinin Qastro Turizmi bölümünün rəhbəri Səkinə Əsgərova jurnalistin “qurbağa ətinin menuya daxil olması məsələsi” sualına cavab olaraq qeyd edib. O, dəyişikliklərə bir çox ölkələrdə yayılan qurbağa əti kimi qeyri-adi nümunələrin də daxil olduğunu deyib:

 

 

“Bununla belə, Azərbaycan öz qastronomiya kimliyini qlobal trendlərdən fərqli istiqamətdə inkişaf etdirməyə davam edir. Bu kimi qidaların menyulara daxil edilməsinin 3 əsas əlaməti var. İqlim şərtləri, iqlimdən doğan etnoqrafik vərdişlər və qida ənənələri. Eyni zamanda genetik uyğunluq və davamlılıq”,- deyə Səkinə Əsgərova bildirib.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR