"İaşə obyektlərində problemlər var" - Kənan Quluzadə

"İaşə obyektlərində problemlər var" - Kənan Quluzadə

“Hələlik iaşə obyektlərində xidmətlə  problemlər var. Bunun səbəbi odur ki, bəzi işçilər öz xidmət sahəsinə peşə kimi yox, müvəqqəti bir proses kimi baxır, bunun üçün də peşəkarlıq artırılmır”.

 

Sfera.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsinin müvəqqəti icra edən Kənan Quluzadə “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.

 

“Bu problemin üzərində işləyirik ki, normativ baza dəyişsin. COP29 bizim üçün bir fürsət idi. Həmin vaxt 249 restoran könüllü olaraq bizim təlimlərə qoşuldu. Bu, MDB oyunlarında da  təmin ediləcək. Milli Kulinariya komandası təlimlər keçirəcək. Yəni, beynəlxalq tədbirlər bizə peşəkarlığımızı artırmaqda kömək edir, təcrübə olur”.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR