Bu ölkə ilə viza rejiminin ləğvi təsdiqləndi


Bu ölkə ilə viza rejiminin ləğvi təsdiqləndi

Azərbaycan və Çin arasında vizasız gediş-gəliş razılaşdırılıb.

 

Milli Məclis Azərbaycan və Çin arasında ümumvətəndaş pasportuna sahib olan şəxslərin vizadan qarşılıqlı azad olunmasına dair sazişi təsdiqləyib.

 

Müvafiq qanun layihəsi bu gün parlamentin plenar iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib. Saziş bu il aprelin 23-də Pekində imzalanıb.

 

Sənədə əsasən, hər iki ölkənin vətəndaşları vizasız şəkildə qarşı tərəfin ərazisinə daxil ola və hər dəfə maksimum 30 gün olmaqla, ardıcıl 180 gün ərzində ümumilikdə 90 günə qədər qala biləcəklər. Saziş yalnız qısa müddətli səfərlərə şamil olunur.

 

Qeyd edək ki, 30 gündən artıq qalmaq, yaşamaq, işləmək, təhsil almaq və ya media fəaliyyəti kimi icazə tələb edən sahələr üzrə səfərlər üçün əvvəlcədən viza və müvafiq icazələr alınmalıdır.

 

Sazişdə həmçinin, milli təhlükəsizlik və ictimai asayiş səbəbilə onun müvəqqəti və ya tam şəkildə dayandırılması imkanı da nəzərdə tutulur. Bu halda digər tərəf diplomatik yollarla məlumatlandırılacaq.


OXŞAR XƏBƏRLƏR