"16 yaşlı qızın toyunda iştirak edən hər kəs..." - Deputatdan ETİRAZ

"16 yaşlı qızın toyunda iştirak edən hər kəs..." - Deputatdan ETİRAZ

"Bu gün cəmiyyətdə boşanmaların, uşaqların törətdikləri cinayətlərin sayının sürətlə artması ciddi narahatlıq doğurur". 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatının müzakirəsi zamanı deyib.

 

Onun sözlərinə görə, ailə institutunun güclənməsi üçün ciddi addımlar atılmalıdır: 

 

"Hesab edirəm ki, bu prosesə televiziya verilişləri də ciddi mənfi təsir göstərir. Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb".

 

Millət vəkili qeyd edib ki, bu məsələlərdə cəmiyyətin də üzərinə ciddi məsuliyyət düşür. 

 

"16 yaşlı qızın toyunda iştirak edən hər kəs o cinayətin vəbalına da şərikdir. Necə olur ki, bu qədər insanın biri bu qeyri-qanuni əmələ reaksiya vermir?"

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR