"Əvvəlki rəhbərlik günahlandırılır, 20 il sonra da eyni olacaq" - Fazil Mustafadan ETİRAZ

"Əvvəlki rəhbərlik günahlandırılır, 20 il sonra da eyni olacaq" - Fazil Mustafadan ETİRAZ

"Azərbaycanda Xəzər dənizi kimi təhsilimiz də geri çəkilir". 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib. 

 

Millət vəkilinin sözlərinə görə, təhsil sahəsində daha ciddi islahatlar aparılmalıdır:

 

"IV, V və VII siniflər üçün liseylərə imtahan ləğv olundu. Yüzlərlə insan buna 8 aydır hazırlaşır. İmtahan qısa müddətdə qərarın qəbul olunması düzgün deyil. Etirazlardan sonra qərar ləğv edildi. Bu məsələdə ciddiliyi artırmalıyır. İndiki rəhbərlik deyir ki, hazırkı problemlər 20 il öncə olan rəhbərin səhvlərindən qaynaqlanır. 20 il sonra gələn də eyni şeyi deyəcək. Bu səbəbdən islahatların sayını artırmalıyıq".

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR