"O müəllim niyə cinayət məsuliyyətinə cəlb olunmadı?"


"O müəllim niyə cinayət məsuliyyətinə cəlb olunmadı?"

"İnanın ki, ölkəmizdə elə bağça və məktəblər var ki, orada müəliimlər uşaqlara şiddət göstərirlər. Amma əfsus olsun ki, onlar bizim əlimizə çatmır. Pisi isə odur ki, ən optimal variant müəllimin işdən çıxarılmasıdır. Bir ildən sonra yaddan çıxacaq və daha sonra yenidən qohumla, tanışla, pulla işə düzələcək".

 

Sfera.az xəbər verir ki, bu sözləri aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə paylaşdığı videoda deyib. O, müəllimlərin məsuliyyətə cəlb olunmamasından şikayətlənib:

 

"Bu yaxınlarda bilirsiniz ki, məktəbdə 150 manat pul istəyən direktor işdən çıxarıldı. O heç bir məsuliyyətə cəlb olunmadı. Niyə cəlb olunmadı, başa düşmədik. Ola bilər ki, əmək kitabçasında hansı nöqsanlara görə işdən çıxarıldığı qeyd olunub. Amma niyə onlar qanun qarşısında cavab vermirlər? Fakt olaraq direktor rüşvət istəyib. Bu məbləğ bir neçə sinifdən yığılıbsa, 1000 manatdan yuxarı külli miqdarda hesab olunur. Niyə o müəllimi cinayət məsuliyyətinə cəlb etmədilər?

 

İndi isə bağçadakı müəllim uşağı vurub. Ona heç bir cəza tətbiq olunmadı, yalnız işdən çıxarıldı. Niyə bizdə yalnız işdən çıxarılmaqla insanların yarasına su səpirlər? Biz demirik ki, onları öldürün. Məsuliyyətə cəlb olunsunlar. Rüşvət alan müəllimlər, müdirlər məsuliyyətə cəlb olunsunlar".

 

Qeyd edək ki, Lənkəran şəhərində yerləşən “Kaspi kids” məktəbəqədər hazırlıq kursunda müəllim azyaşlı şagirdə şiddət göstərib. Görüntülər sosial şəbəkələrdə ictimailəşib. Hadisə ilə bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR