Bakıda “Qarabağ gecəsi” xeyriyyə konserti keçiriləcək


Bakıda “Qarabağ gecəsi” xeyriyyə konserti keçiriləcək

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilati dəstəyi, eləcə də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə iyunun 26-da “Qarabağ gecəsi” adlı növbəti xeyriyyə konserti keçiriləcək.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq tədbirdə dünya şöhrətli tenor, Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova, solistlər Mahir Tağızadə və Aytac Şıxəlizadə iştirak edəcəklər.

 

Opera janrında təqdim olunacaq konsertin dirijoru isə Əməkdar artist Əyyub Quliyev olacaq.

 

Xatırladaq ki, bu günədək ikisi Bakıda (2022 və 2024), biri Gəncədə (2023), biri isə Şuşada (2024) olmaqla dörd analoji konsert təşkil olunub.

 

Konsertlərdən əldə edilən 400 min manata yaxın vəsait işğaldan azad edilən ərazilərdə mədəniyyət obyektlərinin, o cümlədən Ağdamda yerləşən Pənahəli xanın İmarət Kompleksinin bərpasına və yenidən qurulmasına, eyni zamanda Şuşa şəhəri üçün “Yamaha” istehsalı olan böyük konsert royalının alınmasına yönəldilib.

 

Builki konsertdən əldə ediləcək bütün vəsait isə işğaldan azad edilmiş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin yaradılmasına yönəldiləcək.


OXŞAR XƏBƏRLƏR

Regionlarda restoranlarla bağlı hansı tədbirlər görülür?- AÇIQLAMA

"Son illərdə Bakıda qastronomiya sahəsində atılan sistemli addımlar nəticəsində paytaxt artıq qlobal səviyyəli qastronomiya destinasiyasına çevrilməkdədir....

Əhaliyə XƏBƏRDARLIQ: İyunun 3-də saat 09:30-dan...

İyunun 3-də Mingəçevir şəhərinin bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOC...

"Azərbaycan mətbəxi üçün 4 inkişaf istiqaməti müəyyən edilib"

"Azərbaycanın zəngin mətbəx irsi və qastronomiya potensialı əsasında növbəti üç il üçün genişmiqyaslı inkişaf strategiyası müəyyənləşdirilib. Bu plan dörd ...

Bu müəllimlərə ŞAD XƏBƏR - Maaşlarında artımlar olacaq

Bu il biologiya, kimya, fizika, coğrafiya və informatika fənləri üzrə sertifikasiya imtahanları keçiriləcək. Həmçinin, ötən il imtahandan uğurla keçə bilməyən m...

"Azərbaycan qastronomiya destinasiyası kimi beynəlxalq aləmdə tanıdılır" - DTA rəsmisi

"Azərbaycanda qastronomiya sahəsində görülən çoxşaxəli işlər təkcə milli mətbəxin təbliği ilə yekunlaşmır, eyni zamanda peşəkar kadr hazırlığı, korporativ ...

"Azərbaycan aşpazları dünyada uğurlu çıxış edir" - Azadə Hüseynova

"Qastronomiya turizmi üzrə ixtisaslaşmış əsas qurumlardan biri olaraq, biz milli kulinariya irsimizin tanıdılması və inkişafı istiqamətində ardıcıl işlər h...