Şuşada yaşayış binaları ilə bağlı layihə - 49 milyon…

Şuşada yaşayış binaları ilə bağlı layihə - 49 milyon…

Şuşa şəhərində bərpa, yenidənqurma və quruculuq işləri davam etdirilir.

 

Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu işlərin davamı kimi Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinin D-3 yaşayış massivində nəzərdə tutulan yaşayış binalarının (1-ci mərhələ 10 ədəd bina) tikintisi işləri həyata keçiriləcək.

 

Belə ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində artıq bununla bağlı müvafiq işlərə start verilib.

 

Qurum hazırda sözügedən işləri yerinə yetirəcək şirkəti müəyyənləşdirməkdədir.

 

Eyni zamanda qurum görüləcək işlərin 49,1 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

 

Qeyd edək ki, bir müddət əvvəl Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi D-4 yaşayış massivində (1-ci mərhələ) tikintisi nəzərdə tutulan 4, 5, 6, 7, 8, 9 nömrəli yaşayış binalarının tikintisi, eləcə də D-4 massivində 12 binanın tikintisi çərçivəsində (2-ci mərhələ) abadlıq, sahədaxili kommunikasiya, qurğulara aid mallar və xidmətlərin göstərilməsi ilə bağlı müvafiq işlərə başlayıb.


OXŞAR XƏBƏRLƏR

İyunda 41 dərəcə isti olacaq

İyun ayı yay fəslinin ilk ayıdır. İyun ayı ilin ən uzun günləri ilə fərqlənir. Temperatur rejimi tədricən yüksəlir və may ayına nisbətən 4-5 dərəcə yüksək olur....

Regionlarda restoranlarla bağlı hansı tədbirlər görülür?- AÇIQLAMA

"Son illərdə Bakıda qastronomiya sahəsində atılan sistemli addımlar nəticəsində paytaxt artıq qlobal səviyyəli qastronomiya destinasiyasına çevrilməkdədir....

Əhaliyə XƏBƏRDARLIQ: İyunun 3-də saat 09:30-dan...

İyunun 3-də Mingəçevir şəhərinin bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOC...

"Azərbaycan mətbəxi üçün 4 inkişaf istiqaməti müəyyən edilib"

"Azərbaycanın zəngin mətbəx irsi və qastronomiya potensialı əsasında növbəti üç il üçün genişmiqyaslı inkişaf strategiyası müəyyənləşdirilib. Bu plan dörd ...

Bu müəllimlərə ŞAD XƏBƏR - Maaşlarında artımlar olacaq

Bu il biologiya, kimya, fizika, coğrafiya və informatika fənləri üzrə sertifikasiya imtahanları keçiriləcək. Həmçinin, ötən il imtahandan uğurla keçə bilməyən m...

"Azərbaycan qastronomiya destinasiyası kimi beynəlxalq aləmdə tanıdılır" - DTA rəsmisi

"Azərbaycanda qastronomiya sahəsində görülən çoxşaxəli işlər təkcə milli mətbəxin təbliği ilə yekunlaşmır, eyni zamanda peşəkar kadr hazırlığı, korporativ ...