Günün qoroskopu: informasiya axtarışına daha çox vaxt ayırın

Günün qoroskopu: informasiya axtarışına daha çox vaxt ayırın
 Qoç - diqqəti əsas məsələyə yönəldərək qüvvə, imkan və vaxtınızı boş işlərə sərf etməyin. Çətinlik və problemlərin müsbət enerji axınına mane olmaması üçün günün ikinci yarısında fəaliyyət intensivliyini bir qədər azalda bilərsiniz.

Buğa - Pasife və Ledanın münasibətləri sakit, rahat gün vəd edir. Yaranmış imkanlardan işlərin intensivləşdirilməsi, başa çatan məsələlərin nizama salınması üçün istifadə edin. Planları yaşanan situasiyaya uyğun dəyişin.

Əkizlər - səbrli və soyuqqanlı davranış problemlərin yaranmasının qarşısını alacaq, işdə və ailədə ab-havanı yaxşılaşdıracaq. Hansısa ədalətsizliklə bağlı qəmginlik, umu-üsü bugünkü işlərin öhdəsindən gəlməyə mane ola bilər.

Xərçəng - narahatlıq mənbəyini aramayın. Sizə maraqlı gələn, nəticəsindən razı qala biləcəyiniz işlə məşğul olun.

Şir - Kallisto və Mimasın münasibətləri bu gün sizi gündəlik işə yönəldir. Diqqət və təmkinli, lakin ciddi iş konkret nəticələr verə bilər.

Qız - məlumatın sistemləşdirilməsi və qaydaya salınmasına fikir verin. Müzakirə ilə danışıqlarda xırdalıqlarla təfərrüatlar ön plana çıxacaq. Ona görə də ciddi hazırlaşın.

Tərəzi - Əlavə tapşırıqlar, qayğılar və xüsusilə də səhhətlə bağlı kiçik problemlər istisna deyil. Özünüzü yormayın. Axşam saatlarında yolda əlahiddə dərəcədə ehtiyatlı olun.

Əqrəb - Lisiteya və Enseladın münasibətləri hadisələri ənənəvi məcrada inkişaf etdirəcək. Heç nəyi ciddi şəkildə dəyişməyin. Amma indi olayların əhəmiyyətli dərəcədə asılı olduğu nüanslar və təfərrüatları izləyin, ehtiyac yaranarsa, onları yönləndirin.

Oxatan - informasiya axtarışına daha çox diqqət və vaxt ayırın. Ünsiyyət və təmas çevrənizi məhdudlaşdırmayın. Görüş dəvətlərindən imtina etməyin, danışıqlar aparın.

Oğlaq - eyni zamanda, vədlərinizi və bilavasitə məsul olduğunuz işləri də yerinə yetirin. Axşam saatlarında dostlarla birlikdə istirahət edin. İmicinizə fikir verin.

Dolça - Neptun və Haumeanın münasibətləri sakit, vurnuxma və ifrat emosiyalardan kənar çalışmağı tələb edir. Planlarınızda olmayan işi görməyiniz üçün sizə təsir, təzyiq ola bilər. Sizə vəzifə borcunu xatırladacaq, qayğı tələb edəcəklər.

Balıqlar - yaxın ətrafınızdakı insanlar qayda və şərtləri sizə bəlli olmayan oyunlara başlaya bilərlər. Ünsiyyətdən yorulmağa başlasanız, məşğul olduğunuzu bildirin, istismar olunmağınıza yol verməyin.(milli.az)



OXŞAR XƏBƏRLƏR

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...

Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək- Bu dəfə 5 gün

COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, sentyabrın...

Əməkdar artist VƏFAT ETDİ

Rusiyanın əməkdar artisti Nina Qrebeşkova vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 94 yaşında dünyasını dıyişib.   Qrebeşkova m...

Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru vəzifəsindən AZAD ETDİ

"8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru İlham Novruzov vəzifəsindən azad edilib.   S...