Maqnit qasırğası yerə çatdı – Ciddi təhlükə barədə XƏBƏRDARLIQ


Maqnit qasırğası yerə çatdı – Ciddi təhlükə barədə XƏBƏRDARLIQ

Yerdə G3 səviyyəli güclü maqnit qasırğası qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutundan bildirilib.

 

Maqnit sahəsindəki həyəcanlanma beşballıq şkala üzrə G3 səviyyəsindədir. Bu səviyyə "güclü" təsnif olunur - müqayisə üçün qeyd edək ki, G1 zəif, G5 isə son dərəcə güclü maqnit qasırğası deməkdir.

 

G3 səviyyəsindəki qasırğalar zamanı enerji sistemlərində nasazlıqlar, qoruyucu sistemlərin yanlış siqnallar verməsi, transformatorların həddindən artıq qızması mümkündür.

 

Bundan əlavə, peyk sistemlərində və aşağı tezlikli radionaviqasiya vasitələrində fasilələr, eləcə də yüksək tezlikli radio əlaqələrində pozuntular baş verə bilər. Maqnit qasırğası səbəbilə orta enliklərdə qütb parıltısını izləmək imkanı da yarana bilər. Milli.az


OXŞAR XƏBƏRLƏR

Binəqədi rayonunda YANĞIN başlayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barə...

Füzuli Hüseynova töhmət verildi- Əli Nurla davaya görə

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.   Bu barədə Sfera.az teatrın mətbuat xidmətindən bildir...

IX sinif buraxılış imtahanlarının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az Dövlət İm...

“SOCAR” və “Gunvor” İtaliyanın nəhəng neft şirkətini almağa hazırlaşır: 3 milyard avroluq saziş gündəmdə

Qlobal əmtəə treyderi “Gunvor” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın neft emalı şirkəti "İtaliana Petroli”ni almaq uğrunda...

Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi

Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb. Onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var.   Sfera.az xə...

Generalın yerinə o gətirildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə rəis əvəzi təyin edilib.    Sfera.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovni...