Bakıda islamofobiya ilə bağlı konfrans başa çatdı


Bakıda islamofobiya ilə bağlı konfrans başa çatdı

Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans başa çatıb.

 

Sfera.az xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün üçüncü ildönümünə həsr olunub.

 

Konfrans islamofobiyanı doğuran qlobal, tarixi və siyasi amilləri araşdırmaq üçün mütəxəssisləri, akademikləri və dövlət rəsmilərini bir araya gətirib.

 

Qeyd edək ki, son iki ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi G20 Dinlərarası Forumla əməkdaşlıq çərçivəsində ardıcıl olaraq islamofobiyaya həsr olunmuş beynəlxalq konfranslar təşkil edib. Bu konfransların məqsədi islamofobiyanın bütün formalarına və təzahürlərinə qarşı mübarizə səylərinə töhfə vermək olub.

 

Konfranslar çərçivəsində iştirakçılar islamofobiya ilə mübarizənin müxtəlif aspektlərini, o cümlədən kəsişən yanaşmanın vacibliyini, islamofobiyanın tarixi və müasir baxış bucaqlarını, birgə əməkdaşlığın təşviqini və mübarizədə beynəlxalq təşkilatların rolunu müzakirə ediblər. Bundan başqa, dini müxtəlifliyin və dinlərarası hörmətin təşviqinə dair müzakirələr də aparılıb.

 

Qeyd edək ki, martın 15-nin İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında elan olunub. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.


OXŞAR XƏBƏRLƏR

Pendir uğrunda mübarizə: Yarışda təpədən aşağı sürüşürlər - FOTOLAR

İngiltərədə insanlar bir qalaq pendir almaq üçün təpədən aşağı sürüşərək yarışırlar.    Süd məhsullarını sevən cəsarətli insanlar dik, demək ola...

“Dünyanın ən gənc alimi": 2 yaşında dahi adlandırılan oğlan - FOTO

Britaniyalı uşaq yüksək IQ-lu insanlar üçün təşkil edilən “Mensa” klubunun ən gənc üzvü olmaqla yeni dünya rekordu vurub. Qoşulmaq üçün ən azı 132 I...

Ukrayna Almaniya ilə çoxmilyardlıq silah müqaviləsi imzaladı

Ukrayna Almaniyanın Diehl Defence şirkəti ilə IRIS-T hava hücumundan müdafiə sistemləri və onlar üçün sursat istehsalını nəzərdə tutan və dəyəri 2,2 milyard avr...

Braziliyanın yerli qəbiləsi qlobal medianı pornoya görə məhkəməyə verir

Amazondan olan Braziliyanın yerli qəbiləsi Marubo, Elon Maskın “Starlink” peyk sistemi vasitəsilə sakinlərin internetə qoşulduqdan sonra pornoqrafiy...

Tom Kruz gizli şəkildə Finlandiyaya səfər edib

Dünya şöhrətli Hollivud ulduzu yeni eksklüziv yaxtasına baxış keçirmək üçün şəxsi təyyarəsi ilə Pietarsaariyə gəlib. O, Finlandiyada cəmi bir neçə saat qalıb. ...

Nadir əsəbiləşib efiri tərk etdi

Müğənni Nadir Qafarzadə bu gün qonaq olduğu "Xəzər axşamı" verilişini əsəbiləşərək tərk edib.   Sfera.az xəbər verir ki, sənətçi reklam fas...