Evli kişi başqa qadını da sevirsə, nə etməlidir?

Evli kişi başqa qadını da sevirsə, nə etməlidir?

Sevgidə məqsəd evlənmək olmalıdır. Belə bir məqsədlə sevən kişi üçün şəriətimiz ədalətli olacağı təqdirdə ikinci qadınla evlənməyə icazə vermişdir.

Sfera.az zikr.az-a istinadən bildirir ki, həddi aşıb şəriət çərçivəsindən kənara çıxmamaq şərti ilə (yəni, evlənmək niyyəti ilə) islamda sevib, sevilmək qəbahət deyil. Əksinə hədisdə deyildiyi kimi "qadınla kişi bir-birlərinə sevgi ilə baxdıqda, Uca Allah da onlara rəhmət gözü ilə baxar".  Bu barədə Uca Allah buyurur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!" (ər-Rum, 21).
Sizin halda isə bundan qaçmaq yaxşıdır. Evlənmək niyyəti ilə olmayan sevgi, sevənlər bir-birinə qovuşmadığı üçün sonradan iztiraba və qəlb xəstəliyinə çevrilə bilər. Ona görə sevməmişdən öncə düşünüb götür-qoy etməyiniz və böyüklərlə danışmağınız məsləhət görülür. Haram sevgi isə şeytanın insana vəsvəsə etdiyi sevgi xülyalarıdır. Bu cür sevgi insanı zinaya, dünya rüsvayçılığına və axirət əzabına aparır. Müasir dövrdə "azad sevgi" adı altında təbliğ edilən sevgi budur. Bu fikirləri bizim İslam adət-ənənəsi ilə tərbiyyə olunan cəmiyyətə yeritmək istəyənlər özləri bədbəxt olduqları kimi bizi də rəzilliyə sürükləmək istəyirlər.


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...