Mərhum iş adamının yüksək rütbəli oğlu doğum günündən sonra ÖLDÜ - FOTO

Mərhum iş adamının yüksək rütbəli oğlu doğum günündən sonra ÖLDÜ - FOTO

Uzun illər DİN BDYPİ-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsində işləmiş Mübariz Əhədov vəfat edib.

 

Sfera.az mətbuatda gedən məlumata istinadən xəbər verir ki, bu onun yaxınları məlumat verib.

 

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra mayın 26-da 59 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, Mübariz Ağamirzə oğlu Əhədov 1966-cı ilin mayın 25-də Sumqayıt şəhərində anadan olub.

 

O, uzun müddət BDYPİ-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsində işləyib. Polis polkovniki rütbəsinə qədər yüksələn M.Əhədov sonuncu dəfə Lənkəran şəhərində 5 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsində çalışıb və 2021-ci ildə təqaüdə göndərilib.

 

Xatırladaq ki, Mübariz Əhədov 2016-cı ildə dünyasını dəyişmiş xeyiyyəçi iş adamı, Sumqayıtdakı məşhur "Karvan" Ticarət Mərkəzinin sahibi olmuş Ağamirzə Əhədovun oğludur. 

 

Məqaləyə dair fotomateriallar:


OXŞAR XƏBƏRLƏR