Qarabağ Universitetinə ayrılan vəsait açıqlandı

Qarabağ Universitetinə ayrılan vəsait açıqlandı
Kateqoriya məlum deyil
T

Ötən il Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsi üçün 10 milyon manat vəsait ayrılıb.

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının

2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.

 

Məlumata görə, Xankəndi şəhərində abadlıq və bərpa-quruculuq işlərinin davam etdirilməsi üçün isə 8 milyon manat ayrılıb.

 

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 244,8 milyon manat vəsait istifadə olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR