Logo

Rusiyadan növbəti təxribat – Silahlar İstanbula tuşlandı – VİDEO/FOTO

Rusiyadan növbəti təxribat – Silahlar İstanbula tuşlandı – VİDEO/FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bosfor boğazından keçən Rusiya gəmisi növbəti təxribata əl atıb.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyadan qayıdan “Voloqda-50” yük gəmisinin göyərtəsindəki silahlı əsgərlər diqqət çəkib. Bu gün səhər saatlarında Bosfor boğazına daxil olan “Voloqda-50” gəmisinin göyərtəsindəki əsgərlərin əli tətikdə olub.

Xatırladaq ki, Rusiya gəmisi dekabrın 6-da Bosfor boğazına daxil olanda gəmidəki əsgər təxribat xarakterli hərəkətə yol verib. "Sezar Kunikov" hərbi gəmisinin göyərtəsindəki əsgərin "Strela-2" daşınan zenit raket kompleksini nümayişkarcasına çiynində tutması ölkələr arasında yeni qarşıdurma yaradıb.

Rusiyanın Ankaradakı səfiri Andrey Karlov hadisə ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. (publika.az)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR