Rüşvət alan 19 vəzifəli şəxsdən XƏBƏR VAR

Rüşvət alan 19 vəzifəli şəxsdən XƏBƏR VAR

Bakıda külli miqdarda rüşvət almaqda təqsirləndirilən 19 nəfər yüksək vəzifəli şəxsin barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Sfera.az xəbər verir ki, şikayət Ali Məhkəmədə araşdırılacaq.

 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İldırım Məmmədov 8 il 6 ay, Nazim Səfərov 8 il 4 ay azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər isə 1 il müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə cəzasına məhkum edilib.

 

Eyni zamanda Nicat Abbasov, Ehtiram Eyvazov, Mircəlal Xurşudzadə, Ruslan Əliyev 3il 6 ay, Mübariz Paşayev, Elsevər Paşayev, Baği Məsimov 3 il 4 ay, Amil Aslanov və Etibar Eyvazov 3 il 3 ay, Pərviz Ələkbərov, Aydın Cəfərov, Səlim Süleymanov 3 il 2 ay müddətdə başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib. Bununla yanaşı, təqsirləndirilən Asif Yusifov 2 il 4 ay, Şıxəli Abbasov və Məhi Həsənov 2 il 2 ay müddətində başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilsə də, onlar həbsdə olduqları üçün cəza ödənmiş sayılıb.

 

Təqdirləndirilən Famil Məmmədov və Əsəd Nəsirov vəfat etdiyi üçün onların cinayət işinə xitam verilib.

 

Qeyd edilən iş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədov, onun rəhbərlik etdiyi sektorun baş məsləhətçisi Əsəd Nəsibov, Xidmətin Qazax, Beyləqan, Şəki, Ucar, Şirvan, Xaçmaz, Qəbələ, Cəlilabad, Bərdə, Lənkəran ərazi şöbələrinin müdirləri Ehtiram Eyvazov, Elsevər Paşayev, Mübariz Paşayev, Amil Aslanov, Nazim Səfərov, Aydın Cəfərov, Baği Məsimov, Mircəlal Xurşudzadə, Nicat Abbasov, Pərviz Ələkbərov, Abşeron rayonun Saray, Şəki rayonun Qoxmuq, Qazax rayonun Daşsalahlı, Salyan rayonun Şorsulu və Sumqayıt bələdiyyələrinin sədrləri Məhi Həsənov, Etibar Eyvazov, Asif Yusifov, Famil Məmmədov, Sərviz Süleymanov, Sumqayıt bələdiyyəsinin icra aparatının təşkilat şöbəsinin müdiri Şıxəli Abbasov, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilərək barələrində həbs, ev dustaqlığı, vəzifədən kənarlaşdırma və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib. (Pravda.az)

 


OXŞAR XƏBƏRLƏR

40 il sivilizasiyadan kənar qalmış Lıkovlar ailəsinin şok hekayəsi

1978-ci ilin yayında Rusiyada Cənubi Sibir meşələrində mineral kəşfiyyat ekspedisiyası alimləri heyrətə gətirib.   Sfera.az bu yazıda sizə 40 il sivi...

Prezident 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım etdi

Prezident İlham Əliyev 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.   Sfera.az xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərba...

Emin qızları ilə görüntülərini paylaşdı -VİDEO

Xalq artisti Emin Ağalarov qızları Əminə və Alyona ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki, sənətçi onlarla görüntülərini izləyicilər...

Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI

Paytaxtda maşınla qəsdən adam vuranlar saxlanılıblar.   Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Rövşən Hüseynov küçəsində...

Millimiz dünya çempionatında 1/4 finala adladı

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında 1/4 finala adlayıb.   Sfera.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi ...