Mehriban Xanlarova Kan Festivalına gedən Röya haqda:"Onun yoluna daş qoymaq..."


Mehriban Xanlarova Kan Festivalına gedən Röya haqda:"Onun yoluna daş qoymaq..."

Əməkdar artist Mehriban Xanlarova Kann Film festivalına gedən Xalq artisti Röya Ayxana dəstək nümayiş etdirib.

 

Sfera.az xəbər verir ki, aktrisa sosla media hesabında qeyd edib:

"Röya başqa millətdən deyil, o, azərbaycanlıdır və ölkəmizi layiqincə təmsil edir. Beynəlxalq tədbirlərdə vətənimizin adını uca tutan hər kəsi dəstəkləmək bizim vətəndaşlıq borcumuzdur. Paxıllıq hisslərini bir kənara qoyaraq, azərbaycançılıq prinsipini önə çəkək. İrəli gedən hər bir azərbaycanlının yoluna daș qoymaq, sosial mediada arxadan zərbə vurmaq düşmənlərimizin istəyidir. Birliyimizi qoruyub, ölkəmizi daha da ucaldaq".
 

Xatırladaq ki, Röya Ayxan Kann Film Festivalında iştirak edib. O, “I Success Top 100 Awards Gala” tədbirində “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunub. Röya Ayxanın Kann Film Festivalında iştirak etməsi birmənalı qarşılanmayıb. Xalq artisti Rasim Balayev, Əməkdar incəsənət xadimi Ayaz Salayev sərt fikirlər səsləndiriblər. (Musavat.com)




 


OXŞAR XƏBƏRLƏR