Bu dönərxanaların fəaliyyəti dayandırıldı


Bu dönərxanaların fəaliyyəti dayandırıldı

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Naxçıvan şəhəri, Şərur və Kəngərli rayonlarında fəaliyyət göstərən 48 dönərxanada dövlət nəzarəti tədbirləri həyata keçirilib.

 

Agentlikdən Sfera.az-a bildirilib ki, aparılmış nəzarət tədbirləri zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, dönərxanalardan bəzilərinin qeydiyyatının olmadığı, işçilərin ilkin və dövri tibbi müayinələrə cəlb olunmadığı, gigiyenik qaydalara əməl edilmədiyi, temperatur rejiminə, mal qonşuluğu prinsipinə riayət olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı müəyyənləşib. Şübhəli məhsullar hesab edilən bişmiş dönər, mayonez və digər souslardan nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

 

Nöqsanların daha çox müşahidə olunduğu Naxçıvan şəhəri Ə.Əliyev küçəsində fəaliyyət göstərən İsmayılov Məhəmməd İsmayıl oğluna məxsus “Alov” dönərxana və Naxçıvan Avtovağzal Kompleksinin ərazisində yerləşən Əhmədov Gülçin Eldar oğluna məxsus dönərxananın fəaliyyəti çatışmazlıqlar aradan qaldırılanadək dayandırılıb.


OXŞAR XƏBƏRLƏR

Minillik yala:Niyə pişiklərə süd verilməməlidir?

    İnsanlar və pişiklər min illərdir yan-yana yaşayıblar. Bu müddət ərzində heyvanların davranışı ilə bağlı miflər yaranıb. İndi isə elm adamla...

“Mənə işgəncə verib, bıçaqla vurub” - Xalq artisti keçmiş ərindən danışdı
“Biz altı-yeddi il bir yerdə olmuşuq. Mənə hər zaman işgəncə verib, təhdid edib. Dəfələrlə ondan qaçıb başqa yerdə yaşamışam. Amma bunu çox adama bildirmə...

Bəy toyda gəlinin üzün çəngəllə zədələdi: Bir il sonra boşandılar

Bəy toyda sevgilisinin üzünə tort ataraq çəngəllə xəsarət yetirib. Cütlük mərasimdəki xoşagəlməz hadisədən bir il keçməmiş boşanıb.   Sfera.az bildir...

Turist dərəyə daş atdığına görə bütün pulunu itirə bilər - SƏBƏB

Bir turist düşünülməmiş hərəkətə görə 200 min avroya qədər rekord məbləğdə cərimələnə bilər. Dostları onu İspaniyanın şimalındakı Picos de Europa Milli Parkında...

Barmen üçün milyonçudan ayrıldı: Taleyi necə dəyişdi? - FOTOLAR

Ukraynalı Lana Pitel mühacir köçdükdən sonra ABŞ-da necə karyera və iki övladı olan makedoniyalı ilə münasibət qurduğundan danışıb.   Sfera.az bildir...

Tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və internet üzərindən onlayn qumar oyunları təşkil etmə ittihamı ilə həbs olunan tiktoker Rəşa...