Tanınmış bloqer canlı yayımda sevgilisi tərəfindən bıçaqlandı - FOTO

Gözəllik, moda və rəqs mövzularında paylaşdığı videolarla tanınan və 255 mindən çox izləyicisi olan 22 yaşlı bloqer Luna Ambrozevicius Abrahao canlı yayım zamanı sevgilisi tərəfindən bıçaqlanıb.
Sfera.az Milli.Az-a istinadla xəbər verir ki, hadisə gənc qadının San-Paulo şəhərindəki evində baş verib.
Luna "İnstagram"da canlı yayım edərkən sevgilisi Aleks Oliveyra onu qəfil bıçaqla hücum edib.
Qadının dəfələrlə bıçaqlandığı görüntülər sosial mediada geniş yayılıb və izləyicilər arasında böyük sarsıntı yaradıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb. Luna başından, kürəyindən, əllərindən və ayaqlarından ağır xəsarətlər alıb. Həkimlərin verdiyi məlumata görə, onun sağ qalması əsl möcüzədir, lakin vəziyyəti hələ də kritik olaraq qalır.
Hadisədən dərhal sonra Aleks Oliveyra hadisə yerindən qaçıb.
Hazırda polis tərəfindən onun tutulması üçün genişmiqyaslı axtarışlar aparılır.
Məqaləyə dair fotomateriallar: