Vaqanın həbs müddəti uzadıldı

Cəmiyyət
14:00 / 23.05.2025
4152
"Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin həbs müddəti uzadılıb.
Sfera.az xəbər verir ki, bu barədə qərar Bakı şəhər Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.
Tiktoker Vüqar Zeynalzadənin həbs müddəti 1 ay uzadılıb.
Xatırladaq ki, Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, "TikTok"da əxlaqsızlığın təbliğinə qarşı əməliyyat polis tərəfindən keçirilib. Saxlanılan şəxslər müxtəlif cinayətlərdə təqsirləndirilirlər.